13 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

Azərbaycanda 3 illik dövlət istiqrazlarının gəlirliliyi yenidən düşdü

25 may 2021-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin tədavül müddəti 1092 gün (3 illik) olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Banker.az-a Maliyyə Nazirliyindən məlumat daxil olub.

AZ0106017889 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 270.8 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 60 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.4076 səviyyəsində müəyyən edilib. Yəni, bu hərracda gəlirlilik səviyyəsi  7.3461% təşkil edib. Bu isə öncəki, yəni 4 may 2021-ci il tarixli hərracından aşağıdır. Həmin hərracda gəlirlilik 7.7401% təşkil edirdi. Daha əvvəl, 6 apreldə 7.3963% və 24 apreldə isə 7.8730% idi.

İstiqrazların ödəmə müddəti 21 may 2024-cü ildir.

Son xəbərlər
Oxşar xəbərlər
X