Azərbaycanda 3 səhmdar cəmiyyətə yeni rəhbərlər təyin ediləcək

0

“ALMET” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 28 iyun 2019-cu il saat 11-da “ Şüşəplastmas “ ASC-nin yerləşdiyi ünvanda- Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24 nömrəli ünvanda keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyinə  Cəmiyyətin 2018-ci ilin yekunlarının və mühasibat balansının təsdiqi, mənfəətin istifadəsinə dair məsələnin müzakirəsi və direktorun seçilməsi daxildir.

Banker.az xəbər verir ki, Şüşəplastmas” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 28 iyun 2019- cu il saat 10-00 da “ Şüşəplastmas “ ASC-də Bakı , Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24 nömrəli ünvanda keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyi  Cəmiyyətin 2018-ci ilin yekunlarının müzakirəsi və mühasibat balansının təsdiqi, mənfəətin istifadəsinə dair məsələnin müzakirəsi və  İdarə heyəti sədrinin seçilməsi, Cəmiyyətin müşahidə şurasının yeni tərkibinin seçilməsi kimi məsələlərdən ibarətdir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Nəsimi Məişət Malları “ ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 28 iyun 2019-cu il saat 11-30-da “Şüşəplastmas “ ASC-nin yerləşdiyi ünvanda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24 nömrəli ünvanda keçiriləcəkdir.
 Ümumi yığıncağın gündəliyinə Cəmiyyətin 2018-ci ilin yekunlarının müzakirəsi və mühasibat balansının təsdiqi və İdarə heyəti sədrinin seçilməsi daxildir.
 Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla (012) 565 -16 -36 nömrəli telefonla əlaqə saxlayıb cəmiyyətdə tanış olmaq mümkündür.