8 C
Baku
Sunday, January 29, 2023

Azərbaycanda 3 şirkətə məxsus istehlaka yararsız məhsullar məhv edilib

İstehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında, “Market İN” MMC-yə məxsus ümumi çəkisi 270 kq müxtəlif növ qida məhsulu (alkoqolsuz içki, süd məhsulu və s.), “E.T.L. Company” MMC-yə məxsus ümumi çəkisi 3460 kq xurma məhsulu “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda, “Aqro-Vest DC” MMC-yə məxsus ümumi çəkisi 16240 kq müxtəlif növ qida məhsulu isə “Təmiz-Sumqayıt Kənan” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Banker.az xəbər verir ki, bununla bağlı Agentlik məlumat yayıb.

 

Son xəbərlər
Digər xəbərlər
X