11 C
Baku
Çərşənbə axşamı, Noyabr 30, 2021

Azərbaycanda 35 xarici müəssisə ləğv edilib

2021-ci ilin yanvar-sentyabr ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 5.5 faiz artaraq 2021-ci il oktyabrın 1-i vəziyyətinə 163979 olmuşdur.

2020-ci ildə 8 918 statistik vahid (kommersiya təşkilatı) yaradılıb, 374 vahid isə ləğv edilib.

Bu ilin 9 ayında 636 xarici müəssisə (100% xarici  investisiyalı) yaradılıb, 35-i isə ləğv edilib.

2021-ci ilin yanvar-sentyabr ayları ərzində ləğv edilmiş statistik vahidlərin 28.3 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 16.3 faizi “Dövlət idarəetməsi və müdafiə; sosial təminat”, 12.3 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 9.4 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, 5.9 faizi “Peşə, elmi və texniki fəaliyyət” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

Son xəbərlər
Oxşar xəbərlər
X