13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Azərbaycanda 36 dövlət əmlakı hərraca çıxarılır

faizlere

Dekabrın 1-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək. Bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, hərraca 36 əmlak çıxarılacaq. Bunlardan 28-i kiçik dövlət müəssisəsi və obyekti, 8-i isə nəqliyyat vasitəsidir.

Əmlakların tam siyahısı ilə burada tanış omaq mümkündür: https://bit.ly/34V6Wr5, https://bit.ly/2HXwMS6, https://bit.ly/3jXcPYM.

Hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər