8 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda $37,65 milyon dəyərində istixanaların tikintisi üçün investor axtarılır

“Easy Crop” MMC Azərbaycanda istixanaların tikinti layihəsi üçün investor cəlb etməyi planlaşdırır, layihənin dəyəri – $37,65 milyon təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.

“Easy Crop” Azərbaycan ərazisində qabaqcıl texnologiyalara əsasən istixanaların tikintisi üzrə biznes plan hazırlayıb. Layihə $37,65 milyon həcmində qiymətləndirilir. Şirkət layihənin 100%-lik maliyyələşdirilməsini üzərinə götürəcək investor axtarır”, – hökumətdən məlumat verilib.

“Easy Crop”un biznes planına əsasən, layihə 3 il ərzində reallaşdırıla bilər, xərclərin çıxarılması müddəti 8 il təşkil edir.

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər