18 C
Baku
Wednesday, May 29, 2024

Azərbaycanda 4 ayda 200 mindən çox vergi ödəyicisi qəbul edilib

Bu ilin yanvar-aprel ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 200 859 şəxs qəbul edilib və onlara 383 576 sayda xidmət göstərilib ki, bunlardan 104 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 97 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə kömək göstərilməsi) bağlı olub.

Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, ümumi elektron xidmətlərin 88,6 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

  • bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
  • qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;
  • vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
  • sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə qəbzlərin verilməsi;
  • vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
  • fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
  • Asan İmza sertifikatlarının verilməsi;
  • vergi ödəyicilərinə arayışların verilməsi;
  • vergi ödəyicisinin fəaliyyətinin bərpası;
  • fiziki şəxsin uçotdan çıxarılması.
Son xəbərlər
 ⁠
Digər xəbərlər