12 C
Baku
Cümə axşamı, May 26, 2022

Azərbaycanda 42 sığorta agentinin lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) 41 fiziki şəxsə və 1 hüquqi şəxsə (“Sizin Sığorta Agentliyi” MMC) sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.

Bu barədə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bunlardan 35 fiziki şəxsin lisenziyası, “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq könüllü müraciət əsasında, 6 fiziki və 1 hüquqi şəxsin lisenziyası isə yol verilmiş nöqsanların müəyyən edilmiş müddətdə aradan qaldırılmadığı nəzərə alınaraq ləğv olunub.

Son xəbərlər
Oxşar xəbərlər