9 C
Baku
Sunday, November 10, 2024

Azərbaycanda 450 min sənədsiz evlərlə bağlı qanun layihəsi hazırlanacaq

Azərbaycanda qanunsuz tikilmiş 450 min sənədsiz evlə bağlı qanun layihəsinin və digər normativ sənədlərin hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulub.

Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov bildirib.

“İndiyə qədər qeydiyyatdan keçməmiş daşınmaz əmlakların “bir pəncərə” prinsipi ilə tam elektron şəkildə qeydiyyata alınması üçün lazımi sistemin yaradılmasını , prosesin elektron portal vasitəsilə reallaşdırılmasını nəzərdə tuturuq”, – deyə E.Məmmədov qeyd edib.

Son xəbərlər
Digər xəbərlər