8 C
Baku
Saturday, April 13, 2024

Azərbaycanda 5.7 milyon manata dəmir yolu avadanlıqları zavodu tikiləcək

Bu ilin mart ayında Ağdamda dəmir yolu avadanlıqlarının istehsalını həyata keçirəcək zavodun tikintisinə başlamaq nəzərdə tutulur.

Bunu Ağdam Sənaye Parkının rezidenti “Rail Trans Service” MMC-nin Təchizat şöbəsinin rəhbəri Nəzrin İbadova deyib.

Onun sözlərinə görə, bu zavod Azərbaycanda dəmir yolu avadanlıqlarının istehsalını həyata keçirəcək ilk müəssisə olacaq. Zavodun tikintisinin təxminən 7 aya başa çatdırılması nəzərdə tutulur.

Tikinti işlərinin aparılması zamanı yerli xammaldan istifadə ediləcək.

N.İbadova əlavə edib ki, indiyədək “Rail Trans Service” MMC dəmir yolu avadanlıqlarını Rusiyadan idxal edib. Zavod fəaliyyətə başladıqdan sonra isə bu məhsulların idxal edilməsinə ehtiyac qalmayacaq.

“Made in Azerbaijan” brendi altında istehsal olunacaq yerli məhsulların sifarişlərdən asılı olaraq Rusiya və Avropaya da ixrac edilməsi planlaşdırılır. Şirkətin Azərbaycan daxilində məhsullarının potensial alıcısı “Azərbaycan Dəmir Yolları” QSC-dir.

Hazırda zavodun fəaliyyətə başlaması üçün layihələndirmə işləri aparılır. Layihəyə təqribən 5 milyon 700 min manat investisiyanın yatırılması nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər