Pambıq sahəsi üzrə ixtisaslaşmış 5 Açıq Səhmdar Cəmiyyət(ASC) may ayında ümumi yığıncaq planlaşdırır. Banker.az xəbər verir ki, bu barədə ASC-lərin istimayətə açıqladığı məlumatda deyili.
“Saatlı-Pambıq” ASC
11 may 2017-ci il saat 12.30-da cəmiyyətin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər: cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi); 2016-cı ilin yekunu üzrə cəmiyyətin maliyyə- təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı; cəmiyyətin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi məsələsi; sair məsələlər. Yığıncaq cəmiyyətin yerləşdiyi Saatlı rayonu, Sarıcalar kəndində keçiriləcəkdir. Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla səhmdarlar ümumi yığıncağın keçirilməsinə 2 saat qalmış cəmiyyətin yerləşdiyi hüquqi ünvanda tanış ola bilərlər.
“Salyan-Pambıq” ASC
5 may 2017-ci il saat 12.30-da cəmiyyətin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər: cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi); 2016-cı ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı; cəmiyyətin emal sahəsi üzrə gələcək fəaliyyətinin müzakirəsi və bu barədə qərar qəbul edilməsi; cəmiyyətin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi məsələsi; sair məsələlər.
Yığıncaq cəmiyyətin yerləşdiyi Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 4 nömrəli ünvanda keçiriləcək. Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla səhmdarlar ümumi yığıncağın keçirilməsinə 2 saat qalmış cəmiyyətin yerləşdiyi hüquqi ünvanda tanış ola bilərlər.
“Sabirabad-Pambıq” ASC
11 may 2017-ci il saat 10.30-da cəmiyyətin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər: cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi); 2016-cı ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı; cəmiyyətin gələcək fəaliyyətinin müzakirəsi və bu barədə qərar qəbul edilməsi; cəmiyyətin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi məsələsi; sair məsələlər. Yığıncaq cəmiyyətin yerləşdiyi Sabirabad şəhəri, H.Əliyev prospekti 2 nömrəli ünvanda keçiriləcək. Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla səhmdarlar ümumi yığıncağın keçirilməsinə 2 saat qalmış cəmiyyətin yerləşdiyi hüquqi ünvanda tanış ola bilərlər.
“Biləsuvar-Pambıq” ASC
4 may 2017-ci il saat 12.30-da cəmiyyətin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər: Cəmiyyətin illik balansı- nın müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi); 2016-cı ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı; cəmiyyətin emal sahəsi üzrə gələcək fəaliyyətinin müzakirəsi və bu barədə qərar qəbul edilməsi; cəmiyyətin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi məsələsi; sair məsələlər.
Yığıncaq cəmiyyətin yerləşdiyi Biləsuvar rayonu, S.Vurğun küçəsi 1 nömrəli ünvanda keçiriləcək. Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla səhmdarlar ümumi yığıncağın keçirilməsinə 2 saat qalmış cəmiyyətin yerləşdiyi hüquqi ünvanda tanış ola bilərlər.
“Neftçala-Pambıq” ASC
5 may 2017-ci il saat 10.30-da cəmiyyətin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər: cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi); 2016-cı ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı; cəmiyyətin gələcək fəaliyyətinin müzakirəsi və bu barədə qərar qəbul edilməsi;cəmiyyətin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi məsələsi; sair məsələlər. Yığıncaq cəmiyyətin yerləşdiyi Neftçala rayonu, Aşağı Qaraimanlı kəndində keçiriləcək. Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla səhmdarlar ümumi yığıncağın keçirilməsinə 2 saat qalmış cəmiyyətin yerləşdiyi hüquqi ünvanda tanış ola bilərlər.