-3 C
Baku
Wednesday, February 28, 2024

Azərbaycanda 5 BOKT-nin vəzifəli şəxsi cərimələndi – SİYAHI

Azərbaycan Mərkəzi Bankı maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığının təmin edilməsi çərçivəsində həyata keçirdiyi tənzimlənmə və nəzarət tədbirləri ilə bağlı ictimaiyyətin məlumatlandırılması istehlakçıların və investorların hüquqlarının müdafiəsi və şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu barədə banker.az-a Mərkəzi Bankdan bildirilir.

Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq:

  1. – Bank Olmayan Kredit Təşkilatı “Azkredit” ASC-nin vəzifəli şəxsi 1 500 manat;
  2. – “ASEL Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC-nin vəzifəli şəxsi 3 000 manat;
  3. – “FİNOKO” Bank Olmayan Kredit Təşkilatı ASC-nin vəzifəli şəxsi 4 500 manat;
  4. – “TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin vəzifəli şəxsi 6 000 manat;
  5. – “PSG Finans” Bank Olmayan Kredit Təşkilatı MMC-nin vəzifəli şəxsi 6 000 manat məbləğində cərimə edilib.

Bildiririk ki, qeyd olunan pozuntular müvafiq təşkilatların maliyyə dayanıqlığına təsir etməmişdir.

Son xəbərlər
Digər xəbərlər