29 C
Baku
Sunday, June 26, 2022

Azərbaycanda 5 şirkət Polşaya çay ixrac edəcək

Poşanın Varşava şəhərinə təşkil olunan ixrac missiyası başa çatıb. İxrac  missiyasına  şərab və digər spirtli içkilər, qida  məhsulları və kosmetik vasitələrin istehsalı ilə məşğul olan  22 Azərbaycan daxil olub.​

İqtisadiyyat Nazirliyindən daxil olmuş məlumata görə, missiya çərçivəsində Polşadan olan şirkətlərlə görüşlər keçirib, məhsulların ixracına dair ilkin razılıqlar əldə olunub. Belə ki, “Azerstar” MMC, “Bakukonserv” QSC, “Mars-Fk” MMC, “AHEC” MMC, “Astara çay” MMC şirkətləri istehsal etdiklərin məhsullarının Polşaya ixracına dair  ilkin razılıqlar əldə ediblər. 

Bundan əlavə “Azersun  Holding” və “Brightman BMC“ MMC  şirkətləri tərəfindən təqdim olunan məhsullar Polşadan olan şirkətlər tərəfindən maraqla qarşılanıb.

İxrac missiyası çərçivəsində Azərbaycan şirkətləri həmçinin Varşada təşkil olunmuş “Worldfood Polşa” beynəlxalq ərzaq sərgisində “Azərbaycan Ticarət Evi”nin təşkil etdiyi stenddə öz məhsullarını təqdim edib. Sərgi zamanı keçirilmiş müsabiqədə “Şirvan Şərabları” şirkətinin istehsal etdiyi “Meysəri Məxməri Premium” şərabı mükafata layiq görülüb.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə təşkil olunan ixrac missiyası 6-10 mart tarixlərini əhatə edib.

Son xəbərlər
Oxşar xəbərlər