Azərbaycanda 5 yeni “ASAN xidmət” mərkəzi açılacaq

Bu ilin sonunadək Azərbaycanda 5 yeni “ASAN xidmət” mərkəzi açılacaq, 2020-ci ildə isə Bakıda daha 2, regionlarda isə əlavə 5 yeni analoji mərkəz açılacaq.

Bunu “9-cu Beynəlxalq Xəzər Enerji Forumu – 2019” tədbirində çıxış edən Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ceyhun Salmanov deyib.

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

Onun sözlərinə görə, bununla da ümumilikdə respublika üzrə “ASAN xidmət” mərkəzlərinin sayı 22-yə çatacaq.

“Hazırda ölkə üzrə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir, Onlardan 5-i Bakıda, digərləri isə regionlarda yerləşir. Bundan başqa, 2 “ASAN kommunal xidmət” mərkəzi, 1 “ASAN qatar” və 10 səyyar avtobus fəaliyyət göstərir. “ASAN xidmət” mərkəzləri ölkənin 75,5%-ni əhatə edir”, – deyə C. Salmanov qeyd edib.

©APA


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları