14 C
Baku
Şənbə, May 21, 2022

Azərbaycanda 6.2 milyard manatlıq satış

2022-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 11
milyard manatlıq, o cümlədən 6.2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 4.8 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2.6 faiz, qeyri-ərzaq malları üzrə 3.7 faiz artmışdır.

2022-ci ilin yanvar-mart aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara
xərclədiyi vəsaitin 51 faizi ərzaq məhsullarının, 5.5 faizi içkilər və tütün məmulatlarının, 15.2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5.2 faizi avtomobil benzini və dizel
yanacağının, 4.7 faizi elektrik malları və mebellərin, 2.4 faizi əczaçılıq məhsulları və tibbi
ləvazimatların, 1.1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının,
14.9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Son xəbərlər
Oxşar xəbərlər