Azərbaycanda 6 min əcnəbi tələbə təhsil alır

  •  
  •  
  •  
  •  

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb.

Bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, 2017-2018-ci tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə təhsil alan əcnəbilərin sayı 76 ölkədən olmaqla, 6 min nəfər təşkil edib. Bu da əvvəlki təhsil ili ilə müqayisədə 17 faiz artım deməkdir.

Hesabatda nəzərə çatdırılır ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3 min 558 nəfər dünyanın nüfuzlu universitetlərində təhsil almaq üçün təqaüd qazanıb. Artıq onların böyük əksəriyyəti məzun olaraq qayıdıb, dövlət və özəl sektorda çalışaraq, ölkəmizin inkişafına öz töhfələrini verməkdədir. Eyni zamanda Çin, Macarıstan, Rusiya, Latviya, Rumıniya və digər ölkələrlə imzalanmış hökumətlərarası sazişlərə əsasən, ayrılmış kvotaya uyğun olaraq, hazırda ümumilikdə 536 azərbaycanlı tələbə müvafiq ölkələrin büdcəsi hesabına mühəndislik, kompüter elmləri, nanotenologiya, kənd təsərrüfatı və digər ixtisaslar üzrə təhsil alır.   


  •  
  •  
  •  
  •