28 C
Baku
Saturday, June 25, 2022

Azərbaycanda 7 yeni şirkət yaradılacaq

“Azəravtoyol” ASC-də Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib.

ASC-dən verilən məlumata görə, görüşdə “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, Dünya Bankının Cənubi Qafqaz üzrə nəqliyyat proqramının rəhbəri Mustafa Benmaamar, həmçinin cəmiyyətin və bankın digər rəhbər şəxsləri iştirak ediblər.

Görüşdə Dünya Bankının maliyyələşdirdiyi layihələrin hazırkı vəziyyəti, magistral yollara xidmət göstərəcək 7 ədəd Magistral Yolların İstismarı MMC-lərin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması istiqamətində atılan addımlar müzakirə olunub.

Sonda avtomobil yollarının yenidən qurulması istiqamətində Dünya Bankı ilə ikitərəfli əməkdaşlığın bundan sonra da davam etməsinin vacibliyi vurğulanıb.

APA

Son xəbərlər
Oxşar xəbərlər