Azərbaycanda 70 milyard manatlıq bu bazarda satıcıların gözləntiləri yaxşılaşır

Azərbaycanda pərakəndə ticarətlə məşğul olan bizneslərin əhvalı avqust ayında nəzərəçarpacaq dərəcədə yaxşılasıb. Pərakəndə Ticarət İnam İndeksi iyuldakı 8,2 bənddən 18,7 bəndə yüksəlib. Ötən ilin avqustunda göstərici 9,6 bənd idi.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bununla belə, yaxşılaşma satışların kəskin artması hesabına baş verməyib. Son üç ay üzrə faktiki satışları göstərən indeks iyuldakı 21,5 bənddən 20,5 bəndə düşüb. Yəni ticarət müəssisələri satışları ümumilikdə müsbət qiymətləndirsələr də, əvvəlki ayla müqayisədə vəziyyət bir qədər ziəfləyib.

Pərakəndə ticarət malların birbaşa son istehlakçıya, yəni əhaliyə satılmasıdır. Məsələn, supermarketlər, geyim mağazaları, apteklər, elektronika dükanları və yanacaqdoldurma məntəqələrində edilən satışlar pərakəndə ticarətə daxildir. Topdansatışdan fərqli olaraq, burada mal başqa biznesə yox, əsasən şəxsi istifadə üçün alıcıya satılır.

Əsas dəyişiklik mağaza və digər pərakəndə satış müəssisələrinin mal ehtiyatlarında baş verib. Ehtiyatların dəyişməsini göstərən indeks 17,5 bənddən -16,3 bəndə enib. Hesablamarda ehtiyatların azalması ticarət inam indeksini yüksəldən amil kimi göstərilir.

Yaxın üç ay üzrə satış gözləntiləri də müsbətdir. Bu göstərici avqustda 19,4 bənd olub. İyulda 20,5 bənd idi. Bu da pərakəndə ticarət biznesləri qarşıdakı aylarda satışların artacağına ümid edir, lakin nikbinlik əvvəlki aya nisbətən bir qədər zəifləyinə işarədir.

Bu arada, qiymətlərlə bağlı gözləntilər isə güclənib. Yaxın üç ay üzrə qiymət gözləntisi iyuldakı 2,6 bənddən 6,3 bəndə yüksəlib. Ötən ilin avqustunda göstərici mənfi 9,4 bənd idi. Bu, ticarət müəssisələri arasında qiymətlərin yüksələcəyini gözləyənlərin sayının artdığını göstərir.

Faktiki satış statistikası da pərakəndə ticarətin böyüdüyüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 44 milyard 256,1 milyon manat təşkil edib və real ifadədə illik 3,9% artıb. Ərzaq, içki və tütün satışları 1,4%, qeyri-ərzaq mallarının satışı isə daha sürətlə – 6,9% artıb.

Səkkiz ayda əhali pərakəndə ticarətdə orta hesabla hər ay adambaşına 538,6 manat xərcləyib. Ən yüksək artımlardan biri kompüter və telekommunikasiya avadanlıqlarında 33,4%, əczaçılıq məhsulları və tibbi ləvazimatlarda isə 21,6% olub.

2 7

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər