16 C
Baku
Cümə, May 20, 2022

Azərbaycanda 9 şirkətin səhmləri bu qiymətə satıldı – Siyahı

Banker.az xəbər verir ki, hərracda 9 səhmdar cəmiyyətin səhmləri satılıb.

Hərracda səhm paketləri özəlləşdirilən səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı və nəqliyyat sahələri üzrə fəaliyyət göstərir. Hərracda ən yüksək qiymətə səhm paketləri özəlləşdirilən səhmdar cəmiyyətləri “Kürdəmir Aqrotexservis” ASC və “Yevlax Taxılçı” ASC olub. “Kürdəmir Aqrotexservis” ASC-nin 30 faizlik səhm paketi 49 952 manata, “Yevlax Taxılçı” ASC-nin 10.07 faizlik səhm paketi isə 38 456 manata özəlləşdirilib.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Səhmdar cəmiyyətinin adı Səhmdar cəmiyyətinin hüquqi ünvanı Nizamnamə kapitalının həcmi (manat) Buraxılmış səhmlərin ümumi sayı (ədəd) Satışa çıxarılmış səhmlərin nizamnamə kapitalında %-lə payı Bir səhmin nominal qiyməti (manat) Satışa çıxarılan səhmlərin nominal dəyəri (manat) Satılmış səhmlərin sayı Sərəncamın №-si və tarixi Hərraca satışa çıxarılan səhmlərin yekun (satış) qiyməti (manat)
1 “Ceyranbatan Dəmir Beton” ASC Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, S.Quliyev küçəsi 1 1057770 528885 0 2.00 26 13 № 218 20.12.2021 26
2 “Azərinkom” ASC Bakı şəhəri, Səbail rayonu, Ə.Əliyev küçəsi, 38 77799.6 38900 0 2.00 2 1 № 218 20.12.2021 2
3 “Xırdalan Nəqliyyat” ASC Abşeron rayonu. Xırdalan şəhəri 59230.6 29615 0.28 2.00 166 83 № 218 20.12.2021 166
4 “Şəmkir” ASC Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, 18 150418.2 75209 0.04 2.00 62 31 № 218 20.12.2021 62
5 “Olefin Elmi-Təqdiqat və İstehsalat Mərkəzi” ASC Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 29 365452 1461808 0.00 0.25 13.75 55 № 218 20.12.2021 13.75
6 “Azərkəndtikinti” ASC Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 44 493508.6 987016 0.01 0.5 35.5 71 № 218 20.12.2021 35.5
7 “Bərdə Dəmir Beton” ASC Bərdə rayonu, Alaçadırlı kəndi 203509 1017545 0 0.2 2.8 14 № 218 20.12.2021 2.8
8 “Yevlax Taxılçı” ASC Yevlax şəhəri, Ordubadi küçəsi, 56 763932 190983 10.07 4.00 76912 19228 № 218 20.12.2021 38456
9 “Kürdəmir Aqrotexservis” ASC Kürdəmir şəhəri, Vaqif küçəsi, 5 333008 166504 30.00 2.00 99904 49952 № 218 20.12.2021 49952

 

Son xəbərlər
Oxşar xəbərlər