Azərbaycanda 99 min gənc işsizdir – işləyənlərin sayı da 94 min nəfər azalıb

Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi aşağı düşsə də, eyni zamanda işləyən gənclərin sayında nəzərəçarpacaq azalma qeydə alınıb.

Banker.az saytının verdiyi məlumata görə, 2025-ci ilin yekununda 15–29 yaşlı işsiz gənclərin sayı 99 min nəfər təşkil edib. Bu, əvvəlki illə müqayisədə 19,1 min nəfər və ya 16,2 faiz azdır.

Gənclər arasında işsizlik səviyyəsi 2024-cü ildəki 9,1 faizdən 2025-ci ildə 8,4 faizə enib. Bununla belə, göstərici ölkə üzrə ümumi işsizlik səviyyəsindən (5,2 faiz) xeyli yüksəkdir.

Diqqətçəkən digər məqam məşğulluq göstəriciləri ilə bağlıdır. Belə ki, 2024-cü ildə 1 milyon 179,5 min gənc məşğul olduğu halda, 2025-ci ildə onların sayı 1 milyon 85,5 min nəfərə düşüb. Nəticədə işləyən gənclərin sayı bir ildə 94 min nəfər azalıb.

Eyni dövrdə 15–29 yaşlı işçi qüvvəsinin sayı da 1 milyon 297,6 mindən 1 milyon 184,5 min nəfərə enib.

Yaş qrupları üzrə ən yüksək işsizlik 20–24 yaşlılarda müşahidə olunub – 12,9 faiz. 15–19 yaşlılarda bu göstərici 10,9 faiz, 25–29 yaşlılarda isə 4,6 faiz təşkil edib.

Beləliklə, işsizlik faizinin azalması ilə yanaşı, məşğul və iqtisadi fəal gənclərin sayının da aşağı düşməsi əmək bazarındakı dəyişikliklərin daha geniş qiymətləndirilməsini zəruri edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər