24 C
Baku
Sunday, August 14, 2022

Azərbaycanda “A4” bahalaşdı – Qıtlıq yaranıb

Bir neçə gündür Azərbaycanda A4 formatlı kağızın qiyməti qalxıb. Əvvəllər bir bağlaması 4,5 manata satılan kağız hazırda mağazalarda 9-10 manatadır.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Dəftərxana ləvazimatlarının satışı ilə məşğul olan bir çox yerdə sözügedən kağızlar yoxa çıxıb, olanlar isə qiyməti ikiqat artırıb. Həmçinin əvvəllər bir ədədi 50 qəpiyə satılan A3 formatlı kağız da iki dəfə bahalaşaraq 1 manata satılır.

İddia olunur ki, sözügedən kağızın qiymətinin artması, yerli istehsalın olmaması, onun Rusiyadan gətirilməsi ilə əlaqədardır. Belə ki, Rusiyada kağız istehsal edən müəssisə kimyəvi xammalın bir hissəsini Almaniyadan idxal edir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra isə Almaniya hökuməti ixracı dayandırıb. Nəticədə Azərbaycana da kağızın ixracı dayanıb.

Kağız idxalçıları bildirirlər ki, hazırda ölkənin bu məhsula olan tələbatını Çin, Hindistan və ya Portuqaliyadan alınan məhsulla ödəmək olar. Ən asan yol isə Çindən idxaldır ki, bu da an azı bir neçə ay zaman və əlavə xərc tələb edir.

Qeyd edək ki, ötən həftədən etibarən Rusiya bazarında da sözügedən kağız formasının qiymətinin 5 dəfəyədək yüksəlməsi ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, təxminən bir ay əvvəl 500 vərəqlik A4 kağızı 300 rubla satılırdısa, hazırda 1000-2000 rubla satılır.

MənbəQafqazinfo
Son xəbərlər
Oxşar xəbərlər