8 C
Baku
Wednesday, October 30, 2024

Azərbaycanda adambaşına düşən gəlir 11 manat azalıb

2019-cu ilin yanvar ayında ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 2,12 faiz azalaraq 3,8 mlrd. manat təşkil edib.

Banker.az bu barədə məlumatı Dövlət Statistika Komitəsinə istinad edir.

Əhalinin hər nəfərinə düşən gəlirlər 2,95% azalaraq 385,2 manat olub. Bu isə ötən il 396,9 manat idi.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3 milyard 475,4 milyon manatlıq vəsait qalıb. Belə ki,  əhalinin hər  bir nəfərinə isə sərəncamda 352,3 manatlıq vəsait qalmışdır. Bildirək ki, ötən il bu rəqəm 365,6 manat idi.

Son xəbərlər
Digər xəbərlər