8 C
Baku
Wednesday, October 30, 2024

Azərbaycanda adambaşına düşən ÜDM 15% artdı

2018-ci ilin yanvar-oktyabr aylarının son göstəricisinə görə, əhalinin hər nəfərinə düşən ÜDM  ötən ilin analoji dövrü ilə müqayiədə 14,5% artaraq 6 648,1 manata (hazırkı məzənnəyə görə, ABŞ valyutası ilə ifadədə 3910.6 dollar) bərabər olmuşdur. Ötən ilin ilk 10 ayı ərzində bu rəqəm 5806,7 manata bərabər idi. Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

2018-ci ilin yanvar-oktyabr aylarında ölkənin ümumi daxili məhsulu 0,8 faiz artaraq 65233,0 milyon manata çatıb.

Əlavə dəyərin istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda 1,0 faiz, neft sektorunda isə 0,3 faiz artmışdır.

istehsal chipsim
Qida zavodu

ÜDM-in 45,7 faizi sənayedə, 9,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5 faizi tikintidə, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrində, 14,7 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizini təşkil etmişdir.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 8,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 8,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 5,0 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,6 faiz, sənayedə 1,4 faiz, digər xidmət sahələrində 0,3 faiz artmış, tikintidə isə 15,8 faiz azalmışdır.

Son xəbərlər
Digər xəbərlər