Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin yanvar-aprel aylarına 2 506.2 manat təşkil edib.
Bu barədə Banker.az Dövlət Statistika Komitəsinin açıqlamasına istinadən xəbər verir.
Adambaşına düşən ÜDM-nin həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 256.5 manat, yaxud 11.4% çox olması deməkdir.
Aprel ayı üzrə adambaşına düşən ÜDM-nin həcmi isə 615.1 manat təşkil edib.