28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda Aeroporta giriş qaydaları dəyişdi – Yeni QAYDA

Bakı hava limanına avtomobillərin girişinə görə ödəniş edilməsi qaydası dəyişib.

Belə ki, artıq hava limanına daxil olarkən ilk 15 dəqiqə üçün ödəniş tələb edilməyəcək. Avtomobil hava limanı ərazisində 15 dəqiqədən artıq qaldığı halda, ödəniş hesablanacaq.

Qeyd edək ki, indiyədək olan qaydalara əsasən hava limanına istənidən müddətdə giriş üçün ödəniş tələb olunurdu. Bu da avtomobil sahiblərinin narazılığına səbəb olurdu, çünki dünyanın heç bir yerində sadəcə hava limanı ərazisinə daxil olmaq üçün (parkinqdən istifadə etməməklə) ödəniş tutulmur. Bu mənada yeni qaydadan xüsusilə taksi xidməti göstərən avtomobillər faydalana biləcək.

Paralel olaraq hava limanı ərazisində parkinq üçün yeni qiymətlər də açıqlanıb. Bu qiymətlərə əsasən ödəniş 0-2 saat üçün 1 manat, 2-4 saat üçün 2 manat, 4-6 saat üçün 3 manat, 6-12 saat üçün 4 manat, 12-24 saat üçün isə 5 manat nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər