17 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda “Air taksi” xidməti fəaliyyət göstərir

Rusiyada “Rusiya helikopterləri” Holdinqi ölkəsində “Air taksi” fəaliyyəti ilə məşğul olmağa hazırlaşır.

Bəs Azərbaycanda “Air taksi” xidməti varmı, yaxud da gələcəkdə tətbiq edilməyi ilə bağlı “Azərbaycan Hava Yolları“ QSC-nin mətbuat katibi Paşa Kəsəmənski “Report”a  bildirib ki, Azərbaycanda helikopterlər xidmətini sifariş etmək mümkündür.

Onun sözlərinə görə, sifariş qəbul edilir və sifarişə uyğun büdcə qarşı tərəfə bildirilir: “Bizdə bu xidmət çoxdan var. Məsələn, Bakıdan Şahdağa və digər istiqamətdə uçuş həyata keçirə bilərik. Sifarişin məbləği bir sıra faktorlardan aslıdır: hansı helikopterin getməyi, neçə nəfərin daşınmasının həyata keçirilməsi, həmçinin ərazi faktoru da daxil olmaqla bir sıra məqamlardan aslıdır”.

Xatırladaq ki, Silk Way Helicopter Services bir sıra xidmətləri həyata keçirir. Həmin xidmətlər aşağıdakılardır:

Vertolyot parkının müxtəlifliyi və əlavə avadanlıqların quraşdırılması imkanları ilə əlaqədar aviaşirkət aşağıdakı növ işləri həyata keçirmək imkanına malikdir:

Sərnişinlərin hava yolu ilə daşınması, ekskursiya və VİP uçuşlar

Yükün xarici asılqanda və ya kabinada hava yolu ilə daşınması

Tikinti-montaj işləri

Hava patrulu çəkmə və neft-qaz boru kəmərlərinin və elektrik ötürücü xətlərinin monitorinqi

Tibbi evakuasiya (Medivac), axtarış-xilasetmə işləri (SAR), təcili-tibbi yardım (EMS)

Üzən qazma qurğularına və gəmilərə uçuşlar (offshore)

Aerovizual foto və video ilə bağlı uçuşlar

Vertolyotların ekipajla və ekipajsız icarəyə verilməsi

Vertolyotla xüsusi turlar və çarterlər (ov, balıq tutma, alpinizm və s.)

Torpaq və yüksək yerlərdə helikopter meydançaların tikintisi üçün konsaltinq xidmətləri (binalarda, xəstəxanalarda, dərində dayanan dəniz özüllərində, gəmilərdə və s.) həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər