Azərbaycanda aksiz vergidən büdcəyə daxilolmanın həcmi 2,2 dəfə artıb

  •  
  •  
  •  
  •  

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsndən (DGK) 2019-cu ilin yanvar-fevral ayları ərzində dövlət büdcəsnə ümumilikdə 665 mln. 678 min manat ödəniş olub.

Banker.az-ın DGK-ya istinadən xəbərinə görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,33% daha çox olması deməkdir.

Ödənişlərin, 148,64 mln. gömrük rüsumu, 481,69 manatı ƏDV üzrə, 28,91 mln. manatı və 6,43 mln. manatı isə aksiz vergilər üzrə olub.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda aksiz vergilərdən büdcəyə daxil olma 2,2 dəfə artıb. Bu qeyd edilən tarixdə 13,17 mln. manat idi. 

 

 

 


  •  
  •  
  •  
  •