34 C
Baku
Friday, July 12, 2024

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 700 minə yaxındır

Bu il sentyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4.2% çox – 693 171 olub.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bunun 37 625-i əlavə dəyər vergisi (ƏDV) ödəyicisidir. Bu isə ilin əvvəlinə nisbətən 8.5% çoxdur.

Hesabat dövründə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 2.8% artaraq 188 475-ə çatıb.

Son xəbərlər
Digər xəbərlər