28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda alma bağlarının sığortası dövrü başlayıb

Azərbaycanda alma bağlarının sığortası dövrü başlayıb.

Banker.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Sığorta prosesi mart-aprel aylarında həyata keçirilir. Çiçəklənmə dövründə baş verən risklər, müxtəlif təbiət hadisələri meyvənin keyfiyyətinə, məhsulun miqdarına təsir etdiyindən fermerlərin bu müddət ərzində aqrar sığorta imkanından istifadə etməsi tövsiyə olunur. 

Qeyd edək ki, alma bağlarının sığorta şərtləri və sığorta haqları barədə daha geniş məlumatı Aqrar Sığorta Fondunun 1651 çağrı mərkəzinə müraciət etməklə, eləcə də Fondun www.asf.gov.az rəsmi internet səhifəsi və səhifədəki “Sığorta kalkulyatoru” vasitəsilə əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər