13 C
Baku
Monday, May 20, 2024

Azərbaycanda alternativ investisiya mənbələri

İnvestisiya — gəlir  və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Bunlara pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar və s. aiddir.  Bu səbəbdən də ölkədə alternativ investisiya mənbələri haqqında məlumat verəcəyik.

Forex

Ən gəlirli investisiya mənbələrindən biri də Forex hesab olunur. Dövlət istiqrazlarının illik gəlirlikləri 1.5 – 4.25% arası, korporativ istiqrazların illik gəlirlilikləri 8-13% arası, səhmlər üzrə kapital dəyərlənməsi nəticəsində yaranan gəlirlilik 60%-ə qədər, kredit çiyni təmin olunan törəmə qiymətli kağızlar üzrə gəlirlilik illik 100%-dən çoxdur.

Depozit

Bankların təqdim etdikləri depozit məhsulları da investisiya məqsədi üçün istifadə oluna bilər. Depozitin müddətindən asılı olaraq banklar müxtəlif faiz dərəcələri təqdim edirlər. Banka depozit qoyduğunuz zaman həm pulunuz sığortalanır, həm də hər il pulunuzun üstünə müvafiq məbləğ əlavə olunur. Buna görə də investisiya məqsədi üçün pulunuzu banklara yerləşdirməyiniz məsləhətdir. Hazırda 12% və 30 000 AZN qədər bütün depozitlər sığortalanır.

Qızıl   

Əgər qızıl alarkən qızılın və onun üzərindəki qaşların keyfiyyətinə və düzülüş qaydasına fikir verilərsə, bu investisiya məqsədi üçün alınmış qızlı hesab oluna bilər. Yox əgər bunlara fikir vermədən sadəcə bəyəndiyiniz bir qızılı almaq investisiya üçün alınmış qızıl sayılmır.

İnvestisiya məqsədi üçün qızıl aldığınız zaman nələrə fikir vermək lazımdır?

İnvestisiya məqsədi üçün 2 cür qızıl alına bilər.  Əgər qaşları olan zılı almaq istəsəniz bu zaman qaşları daha böyük olan qızıllara üstünlük verməyiniz məsləhətdir. Digər bir halda isə qaşları olmayan briliantsız, bilərsiz və ya boyunbağı şəxsklində qızlıllar almağınız məsləhətdir.

Rəsmi olaraq 999 əyarlı qızılın banklardan alınması demək olaraq dayandırılıb. Bu tip qızılı bəzi qızıl dükanlarında əldə etmək mümkündür. Tövsiyyə edirik, bu tip qızılı sertifikatsız almayasınız. Sertifikat nüfuzlu qurum tərəfindən verilməsi əlavə üstünlükdür.

Daşınmaz əmlak

İnvestisiya əmlakı əsasən icarə ödənişlərini əldə etmək və ya kapital artımına nail olmaq məqsədi ilə saxlanılır. Bu zaman məqsədlərin hər ikisi güdülə bilər, amma kapitalın əldə edilməsi səviyyəsinin maksimallaşdırılması üçün bina əldə edərək onu qəsdən tam boş saxlamaq da kifayət qədər mümkündür. Bu xüsusda investisiya əmlakı torpaq sahəsini və binaları, eləcə də həmin torpaq sahəsinin və binaların icarəsini nəzərdə tutur. Lakin buraya məsələn, zavod və avadanlıqlar kimi uzunmüddətli aktivlər, yaxud satış məqsədi ilə saxlanılan maddi istehsal ehtiyatları daxil deyil. Hazırda emlak bazarı demək olar ki bir neçə aylıq durğunluq vəziyyətindədir, sonrakı proseslər haqqında isə proqnoz verməyə heç kim tələsmir.

Lakin yenə də investisiya məqsədi üçün hər hansı bir mənbəyə vəsait yatırdığınız zaman daha diqqətli olun və ekspert ilə məsləhətləşin.

Son xəbərlər
 ⁠
Digər xəbərlər