2 C
Baku
Cümə, Dekabr 3, 2021

Azərbaycanda apteklər satışdan 759 milyonluq gəlir əldə ediblər

2021-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 758.6 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Azərbaycan əhalisi əczaçılıq məhsulları və tibbi ləvazimatlara hər gün orta hesabla 2.5 milyon manat xərcləyib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2020-ci ilin yanvar-oktyabr aylarına nisbətən 36.3% artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49 faizi ərzaq məhsullarının, 5 faizi içkilər və tütün məmulatlarının, 15.4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 faizi avtomobil benzini və dizel yanacağının, 5.4 faizi elektrik malları və mebellərin, 2.2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0.9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16.1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Son xəbərlər
Oxşar xəbərlər
X