Azərbaycanda aqrar sektor 7% böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 4 001,2 mln. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsinə istinadən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% çoxdur.

Son 1 ildə bitkiçilik məhsullarının istehsalı 11%, heyvandarlıq məhsullarının istehsalı isə 2,5% artıb.

Bu il avqustun 1-nə kimi tarlalardan 534,2 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 1,5% çox kartof, 925,7 min ton (15,6% çox) tərəvəz, 308,1 min ton (1,1% az) bostan məhsulları, 207,4 min ton (2,7% çox) meyvə və giləmeyvə, 4,2 min ton (2,1% çox) üzüm, 535,2 ton (20,5% çox) yaşıl çay yarpağı, 1,8 min ton (eyni səviyyədə) günəbaxan, 2,1 min ton (5,7% çox) tütün, qarğıdalı da daxil olmaqla 3 009,3 min ton payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər yığılıb.

Hesabat dövründə diri çəkidə ət istehsalı 3% artaraq 280,8 min ton, süd istehsalı 1,2% artaraq 1 199,4 min ton, yumurta istehsalı 0,7%z artaraq 1 022,4 mln. ədəd, yun istehsalı isə 1,4% azalaraq 14,7 min ton olub.

Bundan başqa, 7 ay ərzində ölkədə 514 ton barama istehsal edilib ki, bu da son 20 ilin ən yüksək göstəricisidir.

Report