17 C
Baku
Sunday, May 19, 2024

Azərbaycanda aqrar sığorta üzrə tariflər aqroiqlim nəzərə alınmadan müəyyən edilib

Azərbaycanda aqrar sahədə sığorta tarifləri ölkənin aqroiqlim rayonlaşdırılması nəzərə alınmadan müəyyən edilib.

Bu barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində qeyd edilib.

Bildirilib ki, sığorta tarifləri ölkənin aqroiqlim rayonlaşdırması (ərazilərin iqlim amilinə görə bölgüsü nəzərə alınmaqla qruplaşdırılması) nəzərə alınmadan iqtisadi zonalar üzrə bölgüyə əsaslanaraq müəyyən edilib ki, bu da eyni iqtisadi zonada, hətta eyni inzibati rayonda olsalar da, müxtəlif iqlim şəraitinə malik olan ərazilərə və kəndlərə eyni tariflərin tətbiqi nəticəsində təsərrüfat subyektləri üçün hesablanmış sığorta haqlarının obyektivliyini (ədalətliliyini) azaldıb.

“İri və xırda buynuzlu heyvanların saxlanma şəraitlərinin, xəstəliklərinin və ümumiyyətlə sığorta risklərinin fərqli olmasına baxmayaraq Aqrar Sığorta Fondunun İdarə Heyətinin müvafiq qərarı ilə auditlə əhatə olunan dövr üçün bir illik geniş sığorta təminatında 10 % şərtsiz azadolma ilə 9,5 sığorta tarifi müəyyənləşdirilərək iribuynuzlu və xırdabuynuzlu heyvanlar üçün vahid tarif tətbiq edilib ki, belə yanaşma eyni zamanda baza kimi qəbul edildiyi bəyan edilmiş Türkiyənin TARSİM (tarım sığortası) modelindəki analoji sığorta predmeti üzrə tarifləşmə yanaşması ilə də uyğunsuzluqlar yaradıb”, – Hesablama Palatası vurğulayıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər