4 C
Baku
Saturday, February 24, 2024

Azərbaycanda aqro turizm operatorları fəaliyyət göstərə biləcək

Azərbaycanda aqro turizmlə bağlı qanun layihəsi hazırlanıb, sənəddə ölkədə aqro turizm operatorlarının fəaliyyət göstərməsi nəzərdə tutulub.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin layihələr və proqramlar şöbəsinin müdiri Fərid Əmirov “Kənd Təsərrüfatına Göstərilən Dövlət Yardımının Səmərəliliyini və Effektivliyini Artırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin Potensialının Artırılması üzrə Tvinninq layihəsi”nin bağlanış mərasimində deyib.

“Layihənin icra müddətində aqro turizmin inkişafı, bununla bağlı milli sistemin yaradılması üçün vacib sənədlər işlənib hazırlanıb. Aqro turizm yerli fermerlər, regional və ümumi iqtisadi inkişaf üçün əvəzsiz üstünlüklər vəd edir, iqtisadiyyatın şaxələndirilməsinə, məşğulluğun təmin edilməsinə xidmət edir. Bununla bağlı milli sistemin yaradılması üçün fəaliyyət planı da daxil olmaqla bütövlükdə aqro turizm üçün təlimatlar hazırlanıb. Hazırda regionlarda təsərrüfat subyektlərinə turizm elementləri qatıb aqro turzmlə məşğul olan fermerlər var. Sadəcə, bu proseslər Avropa İttifaqında qanunvericilik çərçivəsindədir. Bizdə də hüquqi çərçivə müəyyən edildikdən sonra fermerlər daha ciddi, daha real və daha əlçatan xidmətlər göstərib, gəlirlərini şaxələndirəcəklər. Tvinniq layihəsi çərçivəsində beynəlxalq və yerli ekspertlərlə birikdə qanun layihəsi hazırladıq, aqro turizm anlayışı, aqro turizm operatoru kimi qeydiyyatdan keçmək üçün konkret meyarlar müəyyən etdik”, – deyə o, qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər