29 C
Baku
Thursday, May 30, 2024

Azərbaycanda araq, şərab, pivə istehsalı azalıb

Ötən il Azərbaycanda alkoqolsuz içki istehsalı 2021-ci illə müqayisədə 6.5% artaraq 35890.8 min dkl (dekalitr = 10l) təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin hesabatına əsasən, ötən il viski, konyak istehsalında kəskin artım olub. Belə ki, bu içkilərin istehsalı illik müqayisədə 2.9 dəfə artaraq 96 min dkl olub.

Hesabat dövründə araq istehsalı 29.8% azalıb:  1244.9 min dkl həcmində araq istehsal olunub.

Komitənin məlumatına əsasən, ötən il ölkədə 943.1 min dkl üzüm şərabı istehsal olunub ki, bu da 2021-ci ilə nisbətən 6.8% azalma deməkdir.

Pivə istehsalında cüzi – 0.5%lik azalma müşahidə olunub. Belə ki, ötən il ölkədəki pivə istehsalı 4683.6 min dkl təşkil edib.

Komitə 01.01.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatını da açıqlayıb:

Alkoqolsuz içkilər – 575.6 min dkl;

Viski, konyak – 29.8 min dkl;

Araq – 238.2 min dkl;

Üzüm şərabı – 902.2 min dkl;

Pivə – 315.1 min dkl.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər