Azərbaycanda araq və tütün məmulatları bahalaşıb

Azərbaycanda araq və tütün məmulatlarının qiymətində bahalaşma müşahidə olunur.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Araq, brendi (konyak) 2021-ci ilin yanvar ayında  2020-ci ilin dekabr ayına nisbətən 0.1%, 2020-ci ilin yanvar ayına nisbətən 2.4% bahalaşıb.

Tütün məmulatları isə 2021-ci ilin yanvar ayında  2020-ci ilin dekabr ayına nisbətən 0.1%, 2020-ci ilin yanvar ayına nisbətən 18.5% bahalaşıb.

 

Son xəbərlər
Digər xəbərlər