15 C
Baku
Tuesday, April 16, 2024

Azərbaycanda arı ailələrinin sayı 9%-ə yaxın azalıb

2024-cü il yanvar ayının 1-nə Azərbaycanda 597 min 336 arı ailəsi mövcud olub.

Əvvəlki illə müqayisədə arı ailələrinin sayı 8.4% və ya 54.8 min azalıb.

Qeyd edək ki, ən çox arı ailəsi Kəlbəcər (41 234), Zaqatala (34 414), Balakən (30 884), Qax (30 823) rayonlarında yerləşir.

Əlavə edək ki, hesabat dövründə Azərbaycanda mövcud olan arı ailələrinin 3314-ü kənd təsərrüfatı ilə məşğul olan müəssisələrdə, 499-u isə fərdi sahibkarlıq təsərrüfatlarında, 593 min 523-ü isə ailə və ev təsərrüfatlarında olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər