13 C
Baku
Friday, May 24, 2024

Azərbaycanda ASC işçilərinin səhmlərin 15%-ni almağa imkan yaradıldı

“Azneftkimyamaş” ASC-nin tabeliyində olan “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” törəmə açıq səhmdar cəmiyyətinin (TASC) səhmləri əmək kollektivinə (işçilərinə) güzəştli şəkildə satışa çıxarılır.

Bu barədə Banker.az Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir.

Səhmlərin hər birinin dəyəri 2 manat olmaqla törəmə səhmdar cəmiyyətin 1,5 mln. ədəd səhmi var. Bu isə TASC-nin 3 mln. manatlıq nizamnamə kapitalının olması deməkdir.

Güzəştli satışa çıxarılmış səhmlərin sayı 225 min ədəd olacaq ki, bu da nizamnamə kapitalında 15%-lik pay sahibliyinin olması deməkdir.

Qeyd edək ki, bu zavodun yaradılması ilə bağlı sabiq dövlət başçısı Heydər Əliyev 2001-ci ildə sərəncam imzalamışdı. 

Son xəbərlər
 ⁠
Digər xəbərlər