6 C
Baku
Thursday, February 29, 2024

Azərbaycanda auditor xidmətləri üzrə müqavilələrin həcmi 38% artıb

Bu ilin I yarısında Auditorlar Palatasının üzvləri tərəfindən 40.818 milyon manat dəyərində 3 070 müqavilə yerinə yetirilib.

Bu barədə Auditorlar Palatasının məlumatında bildirilir.

Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 37.8% və 15.2% çoxdur.

Hesabat dövründə yerinə yetirilmiş müqavilələrin 55.4%-ni və ya 1 701-ni yerli auditor təşkilatları (19% çox), 837-ni sərbəst auditorlar (3.2% çox), 310-nu “Böyük Dördlük” (27% çox), 222-ni isə xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları (22.7% çox) həyata keçirib.

6 ayda yerli auditor təşkilatlarının icra etdikləri müqavilələrin həcmi 90.6% artaraq 9.165 milyon manata, sərbəst auditorların müqavilələrin həcmi 53.8% artaraq 3.081 milyon manata, “Böyük Dördlük”ün müqavilələrin həcmi 28.3% artaraq 22.778 milyon manata, xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatlarının müqavilələrin həcmi isə 14.4% artaraq 5.793 milyon manata çatıb.

Yanvar-iyun aylarında Palatanın üzvlərinin icra etdiyi müqavilənin orta qiyməti 11.1 min manatdan 13.3 min manata, o cümlədən “Böyük Dördlük”ün icra etdiyi müqavilənin orta qiyməti 72.8 min manatdan 73.5 min manata, xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatlarının müqavilələrin orta qiyməti 28 min manatdan 26.1 min manata, yerli auditor təşkilatlarının müqavilələrin orta qiyməti 3.4 min manatdan 5.4 min manata, sərbəst auditorların müqavilələrin orta qiyməti isə 2.5 min manatdan 3.7 min manata çatıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər