Azərbaycanda sərnişindaşınmadan gəlirləri 2025-ci ilin ilk rübündə 560.24 mln. manat gəlir əldə edib.
Banker.az xəbər verir ki, bu da illik müqayisədə 41 faiz artımdır. Belə ki, ötən ilin müvafiq dövründə 397.42 mln. manat sərnişin daşınmasından gəlir əldə edilmişdi.
Cari ilin ilk rübündə daxili reyslərdən aviaşirkətlərin gəlirləri illik müqayisədə 2 dəfə artaraq 22.22 mln. manat olarkən, beynəlxalq reyslərdən gəlirlər 39.2% artaraq 538.02 mln. manata yüksəlib.
Aviaşirkətlərin sərnişin daşınmasının cari ilin ilk rübündəki həcmi illik müqayisədə 6.6% artaraq 865.3 min sərnişin təşkil edib. Beynəlxalq reyslər üzrə sərnişin daşınma 723.4 min, daxili reyslər isə 141.9 min sərnişin daşınıb.
Aviaşirkətlər ilin ilk üç ayında 92.5 min ton yük daşımış və bundan 576.37 mln. manat gəlir əldə edib.