26 C
Baku
Saturday, July 27, 2024

“Hökumət karantin istəmir”: avqustun 5-dən yumşalmaya gediləcək

“Avqustun 5-dən yumşalmaya gedəcəyik”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

“Hökumət karantin istəmir. Hökumətin marağı ondadır ki, iş yerləri açılsın, insanlar işləsin, iqtisadiyyat inkişaf etsin, vergilər ödənilsin. Bunun üçün də sadəcə tibbi maska taxmaq, əlləri vaxtaşırı yumaq, sosial məsafəni gözləmək lazımdır”, – deyə o, qeyd edib.

Son xəbərlər
Digər xəbərlər