25 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda avroya inam azalıb

May ayının 1-nə ABŞ dollarınən alışının həcmi 272352,0 milyon dollar olub. Aprel ayında dollar alışı mart ayı ilə müqayisədə artıb. Belə ki, martda 241444,7 milyon dollar alınıb.

Mərkəzi Bank xəbər verir ki, ingilis funt sterlinqinin alışı da artıb. Əhali tərəfindən 626,9 milyon funt sterlinq alınıb. Maraqlıdır ki, hesabat dövründə avroya inam azalıb. Belə ki, 28791,5 milyon avro alışı reallaşdırılıb. Halbuki, martda bu rəqəm 36490,3 milyon avro idi.

Rəqəmlərin təhlili göstərir ki, dolların satışı azalıb. Martda bu rəqəm 288050,8 milyon dollar təşkil edirdisə, apreldə 190905,2 milyon dollar olub. May ayının 1-nə 33374,6 milyon avro (martda 58881,3 milyon avro), 2178,0 milyon funt sterlinq (2800,4 milyon sterlinq) satışı reallaşdırılıb.

Rus rublunun alış və satışı artıb. Hesabat dövrünə 853017,9 milyon rubl alışı, 201900,2 milyon rubl satışı reallaşdırılıb.

Publika.az

 

Son xəbərlər
Digər xəbərlər