14 C
Baku
Thursday, March 28, 2024

Azərbaycanda avtomobil istehsalı 86% artıb

2019-cu ilin yanvar-mart aylarında maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 53,7 milyon manatlıq məhsul istehsal edilib.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 85,6 faiz, maşın və avadanlıqların istehsalı 13,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 2,6 faiz artmışdır.

Dövr ərzində 313 ədəd traktor, 283 ədəd minik avtomobili istehsal olunub. Bildirək ki, ötən ilin müvafiq dövründə isə 59 ədəd minik avtomobili istehsal olunub.

Son xəbərlər
Digər xəbərlər