5 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

Azərbaycanda bəzi siqaretlər bahalaşdı – Aralarında yerli istehsal da var

Azərbaycanda supermarketlərdə bir neçə siqaretlərin qiymətləri bahalaşıb. Bəzi markaların hər birində 10 qəpik bahalaşma var.

Banker.az-ın monitorinq qrupu bildirir ki, “Winston Xstyle Caster”in bir qutusunun qiyməti 3.40 manatdan 3.50 manata, “Sobranie KSSS Caster”in isə 3.90 manatdan 4 manata qədər bahalaşıb.

Winchester KSSS”,“Pall Mall Miamı Sunset” siqaret markalarının hər biri 2.50 manatdan 2.60 manata qədər qiymət artımı yaşayıb.

Azərbaycanda yerli siqaret istehsal edən “Tabaterra” QSC-nin məhsularında da bahalaşma müşahidə edilib. Belə ki, “Argo KS Blue”nin qiyməti 1.8 manatdan 1.9 manata qədər, “Cahan Tabacco İnternational”ın “Want Line-X Red” siqareti isə 2.30 manatdan 2.40 manata qədər bahalaşıb.

Hər iki yerli şirkətə Banker.az tərəfindən baş vermiş bahalaşmanın səbəbi ilə bağlı rəsmi sorğu göndərilib.

Son xəbərlər
Oxşar xəbərlər