28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda bağlanan dörd bankın əmanətçilərinə 580 mln. manatdan çox kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 23 min 819 əmanətçiyə, 580 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Əmanətlərin Sığortalaması Fondundan (ADIF) “Banker.az”a verilən məlumata görə, “AGBank” üzrə 4 450 əmanətçiyə ,90 milyon 208 min 413 manat, “NBCBank” üzrə isə 4 087 əmanətçiyə  milyon 338 min 918 manat kompensasiya verilib.

Hesabat dövründə “Amrah Bank” üzrə 5 684 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 137 milyon 995 min 998 manat,  “Ata Bank” üzrə 9 598 əmanətçiyə isə 232 milyon 702 min 965 manat təşkil edib.

Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq. Əmanətlərin Sığortalanması Fondu iyunun 1-dən “Ata Bank” ASC və “Amrah Bank” ASC-də, iyunun 16-dan isə “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlayıb.

Son xəbərlər
Digər xəbərlər