7 C
Baku
Friday, January 23, 2026

Azərbaycanda bağlanan sığorta şirkətinin rəsm əsərləri hərraca çıxarıldı

Ləğv prosesində olan ASC Standard Insurance  Sığorta Şirkətinin Ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rəsm əsərləri hərraca çıxarılacaqdır. Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 24 avqust 2021-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.

Bu barədə LPO ASC Standard Insurance Sığorta Şirkətinin ləğvetmə komissiyası bildirib.

Hərracda iştirak üçün ilkin satış qiymətinin hər bir şəkil üzrə 5 %-i, yəni hər bir rəsm əsəri üzrə 75 (yetmiş beş) manat məbləğində beh ödənilməlidir.

Hərrac predmetlərinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapmışdır:

Rəsm əsəri Müəllif Ölçü Hərrac dəyəri Behin məbləği
         
Şəkil “Teiptix Dəniz mənzərəsi” Müseib Əmirov 65×196-1-1 1500 75
Şəkil “Teiptix Dəniz mənzərəsi” Müseib Əmirov 65×196-1-2 1500 75
Şəkil “Teiptix Dəniz mənzərəsi” Müseib Əmirov 65×196-1-3 1500 75
Şəkil “Köhnə Bakı” Şübhan Məmmədov 80×140 1500 75
Şəkil “Mənim Bakım” Sübhan Məmmədov 60×100.5 1500 75

 

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür:

https://e-herrac.com/advertisement/dasinmaz-emlak/legv-prosesinde-olan-standard-insurance-mexsus-emlakllarin-herraci-baresinde

Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə  satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.

ASC “Standard Insurance”-ın Ləğvetmə komissiyası

Son xəbərlər
Digər xəbərlər