8 C
Baku
Wednesday, November 30, 2022

Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı nə qədərdir? – Nazir açıqladı

İqtisadiyyat naziri Mikayıl Cabbarov cari ilin 1 sentyabrına olan əmək müqavilələrinin sayını açıqlayıb.
Banker.az xəbər verir ki, nazir bununla bağlı rəsmi Twitter hesabında paylaşım edib.
Paylaşıma əsasən, 2019-cu ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayı 290.4 min ədəd artıb və 2022-ci ilin 1 sentyabrına 1 milyon 692 mini ötüb. Qeyri-neft sektorunun özəl bölməsində isə bu göstərici 260.4 min ədəd artaraq 800.3 min təşkil edib.
Son xəbərlər
Digər xəbərlər
X