Azərbaycanda bahalı İsveçrə saatlarının sifarişi kəskin artırdı – Biri ortalama $18 000-ə

Patek Philippe

2021-ci ildə Azərbaycan yenidən qiymətli qol saatların alışına üstünlük veriblər. Bu barədə Banker.az rəsmi rəqəmlərə istinadla xəbər verir.

2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan İsveçrədən 1 milyon 43.91 min dollarlıq korpusu qiymətli metaldan olan qol saatları idxal edib. Cəmi 71 saata bu qədər məbləğdə vəsait ödənilib.

Bu saatlarında hər birinin ortalama qiymətləri 12 300 və 18 500 dollar arasında dəyişir.

2020-ci ildə Azərbaycandan İsveçrəyə cəmi 25 ədəd qol saatıları üçün sifariş vermişdi ki bu da 428.58 min dollarlıq dəyə demək idi.

Cari ildə İsveçrədən 26 ədəd qiymətli metaldan olan elektriklə işləyən mexaniki indikasyalı qol saatı (355.07 min dollarlıq), 22 ədəd avtomoatik qurulma ilə işləyən qol saatları (407.48 min dollarlıq) və 23 ədəd digər bahalı  qol saatları (281.36 min dollar) idxal edilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.