6 C
Baku
Saturday, February 24, 2024

Azərbaycanda balıq bazarı əsasən mikro oyunçuların əlindədir

Azərbaycanda balıq istehsalının həcmi 2019-cu ilə qədər 60 min tondan artıq olduğu halda, həmin ildən sonra istehsal həcmi aşağı düşüb.

Banker.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə balıq bazarı ilə bağlı araşdırılmasında qeyd edilir.

Son 5 ilin dinamikasınabaxdıqda 2016-2019-cu illərdə Azərbaycanda balıq istehsalının həcmi 60 min tondan artıq idi. Ancaq 2021 ci ildə bu həcm 60 tondan aşağı olmuşdur.

“Ümumi dinamika enməyə doğru gedir”- deyə, araşdırmada qeyd edilir.

32423422342342

Hesabatda əlavə edilir ki, tutulmuş və ya ovlanmış balığınillərə görə 96%-98% fiziki şəxslər tərəfindən tutulmuş balıqdır. “Bu isə o deməkdir ki, bazarda əsas oyunçu mikro oyunçulardır”.

3 2

Azərbaycanda , tutulmuş və ya ovlanmış diri balığın həcminin 98% pərakəndə şəkildə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən həyata keçirilir. Bu fəaliyyətin regionlar üzrə heç bir dövlət və ya qeyri dövlət orqanı tərəfindən bölgüsü hesablanmır. Regionlar üzrə bölgü KİV-də olan məlumatlar, bazar iştirakçıları və ekspertlərin fikri əsasında formalaşıb. Daha çox balıq istehsalı Xəzər dənizi sahilində yerləşən bölgələrdə və çayqırağı vətəqələrdə fiziki şəxlər tərəfində yetişdirilir. Balıq ovu əsasən Salyan-Şirvan zonasında ovlanır və bu ölkə üzrə 36%-lik pay deməkdir.

2112

Son xəbərlər
Digər xəbərlər