12 C
Baku
Sunday, October 27, 2024

Azərbaycanda bank 5 milyondan çox zərərə düşüb

“Amrahbank” ASC ötən ili 5,518 mln. manat zərərlə başa vurub. 

Ötən il “Amrahbank”ın faiz gəlirləri 27,047 mln. manat, faiz xərcləri isə 11,857 mln. manat olub ki, xalis faiz mənfəəti isə 15,190 mln. manata bərabər olub.

Bununla yanaşı, hesabat ilində “Amrahbank”ın haqq və komissiya gəlirləri 1,803 mln. manat olub ki, əvvəlki il ilə müqayisədə 39% azalma deməkdir. Qeyri-faiz xərcləri isə illik müqayisədə 54 min manat və ya 10% azalaraq 484 min manata enib.

Ötən il Bankın inzibatı və digər əməliyyat xərcləri isə 2014-cü ilə nisbətən 2,522 mln. manat yaxud 17,25% artaraq 17,146 mln. manata yüksəlib.

Qeyd edək ki, “Amrahbank” 2014-cü ilin yekununda 1,289 mn. manat mənfəət əldə edib.

Report

Son xəbərlər
Digər xəbərlər